Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyun 2020 22:52
Apple yaxın günlərdə müştərilərə məhsullarını hissəli ödəniş ilə almaq üçün şərait yaradacaq. Məhz bundan sonra Mac və iPad cihazlarını Apple Card vasitəsilə almaq mümkün olacaq.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu zaman alıcı məbləği bir neçə ay ərzində faizsiz ödəyə biləcək.
Mac kompüteri, Apple Pencil stilusu və iPad üçün bir illik, AirPods, Apple TV konsolu və HomePod ağıllı kolonka üçün altıaylıq, iPhone üçün isə ikiillik hissəli ödəniş təklif olunur.
Xatırladaq ki, Apple Card 2019-cu ildə Goldman Sachs bankı ilə əməkdaşlıq çərçivəsində buraxılıb. Kartı "Wallet" tətbiqi vasitəsilə idarə etmək mümkündür. Hələki Apple Card-ın rəsmiləşdirilməsi yalnız ABŞ-da və ABŞ vətəndaşları üçün əlçatandır.