Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyun 2020 11:30
İyunun 12-də səhər saatlarından etibarən Yasamal rayonu, Tbilisi prospekti, "Çıraq Plaza"-nın qarşısında yol keçidinin tikintisi ilə əlaqədar yeni çəkilmiş diametri 315 mm olan polietilen yeraltı qaz xəttinin mövcud şəbəkəyə qoşulması işlərinə başlanılıb.
Sonxeber.net xəbər verir ki, bu barədə Trend-ə "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov məlumat verib. Onun sözlərinə görə, bu işin icrası üçün müvəqqəti olaraq qaz təchizatı dayandırılıb. Həmin müddətdə Yasamal rayonu, Tbilisi prospekti 47, 49, Ş.Mehdiyev küçəsi 95, 97, 97a, "Tamam" MTK, "Grand Həyat" MTK, 1-ci Alatava qəsəbəsində, o cümlədən Nəsimi rayonu, Salamzadə, A.Əliyev küçələrində bir qrup istehlakçının qaz təchizatında fasilə yaranacaq. Əlavə olaraq Ə.Topçubasov, 1 ci mikrorayon H.Ələsgərova, E.Qasımzadə, C.Cabbarlı küçələrində də qaz təchizatı məhdudlaşdırılıb. Qaz təchizatının günorta saatlarına qədər bərpası gözlənilir.