Tarix: 12 Iyun 2020 14:14
“Leo dünyanın və tarixin ən yaxşı futbolçusudur. Ona kömək etmək lazımdır. Artıq 25 yaşındakı kimi qaça bilməz, hərçənd ki, bəzən bunu edir”.
Qol.az xəbər verir ki, bu sözləri “Barselona”nın sabiq oyunçusu Samuel Eto’O “Marca”ya açıqlamasında deyib.
Keçmiş komanda yoldaşını tərifləyən kamerunlu veteren hücumçu Messinin oyunundan daha çox zövq almaq üçün onun karyerasını uzun illər davam etdirməli olduğunu bildirib: “Ona yaxşı komanda yoldaşları lazımdır ki, futboldan zövq almağa davam etsin. Messi mütləq 70 yaşına qədər oynamalıdır ki, hər birimiz onun oyununundan mümkün qədər çox zövq alaq”.
Qeyd edək ki, Samuel Eto’O 2004-2209-cu illərdə “Barselona”da çıxış edib.