Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu il Azərbaycanda 912 əkiz, 30 üçəm doğulub

Bu il Azərbaycanda 912 əkiz, 30 üçəm doğulub

Tarix: 12 Iyun 2020 15:26

Bu il doğulan körpələrdən 912-si əkiz, 30-u isə üçəmlər olub.

Sonxeber.net xəbər verir ki, Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə bu göstərici 10,6 təşkil edib.

Bu ilin yanvar-aprel aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ilkin məlumatlara əsasən 34749 doğulan körpə qeydə alınıb.

Doğulanların 53,1 faizi oğlan, 46,9 faizi isə qız uşaqlarıdır.

Cari ilin yanvar-aprel ayları ərzində qeydiyyat şöbələri tərəfindən 13738 nikaha daxilolma və 4287 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,2, boşanmaların sayı isə 1,3 olub.


Etiketlər:  Azərbaycanda əkiz üçəm doğulub


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ