Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Unibankın Biznes mobil əlavəsi MDB üzrə ən yaxşılardan seçilib

Unibankın Biznes mobil əlavəsi MDB üzrə ən yaxşılardan seçilib

Tarix: 12 Iyun 2020 16:57

Bakı. Trend:

Unibank Mobile Business MDB və Qafqazda biznes üçün ən yaxşı mobil bank əlavələrindən biri seçilib. MDB və Qafqazda Biznes üçün Mobil Banklar üzrə Ekspertlər Şurasının araşdırmasının və səsverməsinin nəticələrinə əsasən, Unibankın Biznes mobil əlavəsi biznes üçün yaratdığı imkanlara görə, Azərbaycanda ən yaxşı biznes Mobil Bankdır.

SME Banking Club-un açıqlamasına görə, bölgənin 2019-cu il üzrə TOP-20 ən yaxşı mobil bankını müəyyən etmək üçün Ekspertlər Şurası tərəfindən qapalı səsvermə keçirilib. Araşdırma bazar şəraiti, mobil bankçılıq trendləri, ən yaxşı təcrübələr, mobil bankların biznes üçün 140 meyarla işləməsinin təhlili və digər istiqamətlər üzrə aparılıb.

Unibank Mobile Business, bankın müştərisi olan fərdi sahibkarlar tərəfindən geniş istifadə olunur. Sahibkar mobil tətbiqin köməyi ilə istədiyi vaxt öz hesabına baxır, kartlarına nəzarət edir, bank əməliyyatları və ödənişlər həyata keçirir.

Unibank Mobile Business – biznesinizi idarə etmək üçün rahat alətdir. Mobil əlavə Unibank müştərisi olan fərdi sahibkarlara banka gəlmədən, istədikləri yerdən və istənilən vaxt hesablarını idarə etmək, bankın digər xidmətlərindən faydalanmaq imkanı verir.

Yaxın aylarda Unibank Mobile Business-in daha da təkmilləşdirilməsi və yeni funksiyaların əlavə edilməsi nəzərdə tutulur. Bu, biznes sahiblərinin banka gəlmədən xidmətlərdən istifadə imkanını bir qədər də artıracaq.

Unibank- Biznesinizə daimi dəstək!


Etiketlər:  Unibankın Biznes mobil əlavəsi üzrə yaxşılardan seçilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ