Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qəbələ"nin komandası beynəlxalq turnirdə

Tarix: 12 Iyun 2019 20:36

“Qəbələ”nin 11 yaşadək futbolçulardan ibarət komandası beynəlxalq turnirdə iştirak edəcək.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, “qırmızı-qaralar” Polşanın Krakov şəhərində təşkil olunacaq “X Football Academy 21 Cup”da qüvvəsini sınayacaq. Turnir iyunun 13-17-də keçiriləcək. Yarış Krakov şəhər meriyasının “Football 21” akademiyasının təşkilatçılığı, Miroslav Şımkovyak və Tomaş Frankovskinin dəstəyi ilə olacaq.

Əvvəlki illərdə “Mançester Yunayted”, “Mançester Siti”, “Everton” (hamısı İngiltərə), “İnter” (İtaliya), “Borussiya” (Dortmund, Almaniya), “Valensiya” (İspaniya) kimi klublar da turnirə qatılıb.

 


Etiketlər:  Qəbələnin komandası beynəlxalq turnirdə


RƏYLƏR