Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

COVID-19 xəstəliyi bütün sinir sisteminə təhlükə törədir

COVID-19 xəstəliyi bütün sinir sisteminə təhlükə törədir

Tarix: 13 Iyun 2020 07:06

COVID-19 xəstəliyi bütün sinir sisteminə təhlükə törədir.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu qənaətə bir qrup amerikalı mütəxəssis gəlib.

ABŞ-ın Şimal-Qərb Universitetinin xəstəxanasında müalicə olunan koronavirus xəstələrinin retrospektiv analiziləri göstərib ki, xəstələrin təxminən 50 faizində COVID-19-un nevroloji fəsadları müşahidə edilib. Bu fəsadlar sırasında baş ağrısı və gicəllənməsi, sayıqlığın azalması, diqqət toplamaqda çətinliklər, dad və qoxu bilmənin itməsi, qıcolmalar, insult və əzələ ağrıları kimi simptomlar yer alıb.

Mütəxəssislər hesab edir ki, bu xəstəlik bütün sinir sisteminə, o cümlədən, beyin, onurğa beyni və sinirlərə təhlükə törədə bilər.

Bundan başqa, virus beynin və beyin qabığının birbaşa infeksiyasına yol aça bilər.


Etiketlər:  COVID xəstəliyi bütün sinir sisteminə təhlükə törədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ