Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyun 2020 07:26
Futbol üzrə Almaniya çempionatının 31-ci turunda "Xoffenhaym" komandası "Leypsiq" klubunun futbolçularına 2:0 hesabı ilə məğlub olub.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, oyunda vurulan iki qolu rəqiblərin qapısından ispaniyalı yarımmüdafiəçi Dani Olmo keçirib (9 və 11-ci dəqiqə).
Alman birinciliyində "Leypsiq"in son dəfə məğlubiyyətə yanvarın 25-də "Ayntraxt" tərəfindən uğradılıb (0:2).
Turnir cədvəlində "Leypsiq" 62 xalla üçüncü yerdədir, "Hoffenhaym" aktivində 43 xalla yeddinci pillədədir. Növbəti turda "Leypsiq" iyunun 17-də "Fortuna", "Hoffenhaym" isə həmin gün "Auqsburq" ilə qarşılaşacaq.