Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bəhram Bağırzadənin vəziyyəti ağırlaşdı - Koronavirus diaqnozu qoyulub - YENİLƏNİB

Bəhram Bağırzadənin vəziyyəti ağırlaşdı - Koronavirus diaqnozu qoyulub - YENİLƏNİB

Tarix: 14 Iyun 2020 16:30

16:29

Bəhram Bağırzadə ağır vəziyyətdə, ixtisaslaşmış xəstəxanalardan birinin reanimasiya şöbəsinə aparılıb.

Milli.Az xəbər verir ki, bu barədə virtualaz.org-a "Bakılı oğlanları"ın digər iştirakçısı, "Planet parni iz Baku" teatrının rəhbəri Tahir İmanov məlumat verib.

Onun sözlərinə görə, Bəhram Bağırzadəyə koronavirus diaqnozu qoyulub.

"Həkimlər Bəhram Bağırzadənin həyatını xilas etmək üçün hər şeyi edirlər. Ümid edirik ki, həkimlərin səyləri sayəsində onun həyatını xilas etmək mümkün olacaq", - Tahir İmanov bildirib.

---------
16:10

Əməkdar artist Bəhram Bağırzadənin vəziyyəti ağırlaşıb.

Milli.Az xəbər verir ki, bu barədə qafqazinfo-ya həyat yoldaşı Şəhla Bağırzadə məlumat verib. O bildirib ki, Bəhram Bağırzadənin vəziyyəti yetərincə ciddidir:

"Bir həftədir ki, onun səhhətində problemlər yaranmışdı və getdikcə artmağa başladı. Hazırda o, xəstəxanada müalicə alır. Həkimlər onun sağalması üçün hər şeyi edir. Dövlət də hər şeyi təşkil edib. Dua edək ki, hər şey yaxşı olsun".

Qeyd edək ki, aktyorun koronavirusa yoluxması barədə xəbərlər tirajlansa da, Bağırzadə təkzib vermişdi

Milli.Az


Etiketlər:  Bəhram Bağırzadənin vəziyyəti ağırlaşdı Koronavirus diaqnozu qoyulub YENİLƏNİB


RƏYLƏR