Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyun 2020 19:08
Bəhram Bağırzadə virusa yoluxduğunu öncə mediadan gizlətməyə çalışsa da, daha sonra bu məlumatın doğruluğu və vəziyyətinin gözlənilmədən ağırlaşdığı xəbərləri yayılıb.
illi.Az oxu.az-a istinadən bildirir ki, B.Bağırzadənin həyat yoldaşı Şəhla xanım ərinin vəziyyətinin həkimlər tərəfindən ciddi nəzarətdə olduğunu bildirib:
"Bu gün Bəhramın vəziyyəti ötən günlərdən fərqli olaraq daha da ağırlaşıb. Həkimlər onu həyatda saxlamaq üçün əlindən gələni əsirgəmirlər. O , hazırda Mərkəzi Gömrük xəstəxanasında müalicə alır. Dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Bəhramın müalicəsini nəzarətləri altına alıblar".
Məşhur teleaparıcı Hacı Nuran Hüseynov isə az öncə sosial media hesabında Bəhram Bağırzadə ilə fotolarını paylaşaraq, onun ağ ciyərlərinin 90 faizinin sıradan çıxdığını yazıb.
Qeyd edək ki, B.Bağırzadə ötən həftə sonu koronavirus testindən keçərək, analizin müsbət olduğunu bildirmişdi. Özünü yaxşı hiss etdiyini söyləyən Əməkdar artist temperaturunun 37,2 olduğunu demişdi.