Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyun 2020 10:10
Azərbaycanda xəstələrin vəziyyəti ötən aylarla müqayisədə daha da pisləşib.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, bu sözləri Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti Ədalət Rüstəm deyib.
Onun sözlərinə görə, artıq yoluxanların sayı o qədər artıb ki, reanimasiyalar doludur:
"Həkimlər çox pis vəziyyətdədirlər. Onların bəziləri çarəsizlikdən ağlayırlar. İnsanlar isə ağırlaşandan sonra həkimə müraciət edirlər. Bu günlərdə hər kəs özünü gözləməlidir. Hesab edirəm ki, növbəti həftələrdə günlük yoluxma 700-dən çox olacaq".