Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bərdədə Təcili Tibbi Yardım maşınına hücum edən şəxs saxlanılıb

Bərdədə Təcili Tibbi Yardım maşınına hücum edən şəxs saxlanılıb

Tarix: 13 Iyun 2019 11:30

Bakı. Trend:

İyunun 12-də saat 9 radələrində Bərdə rayon Təcili Tibbi Yardım stansiyasının 2 feldşerinin Təcili Tibbi Yardım avtomobilində 1-ci Qaradəmirçi kəndində yaşayan Laçın rayon sakininin ünvanına çatarkən naməlum şəxsin gecikdiklərini və xəstənin ölməsini deyərək metal parçası ilə avtomobilin şüşələrini sındırması barədə Bərdə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilib.

Hadisəni törətməkdə şübhəli bilinən kənd sakini S.Fətəliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Hazırda bərdə RPŞ-də araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bərdədə Təcili Tibbi Yardım maşınına hücum edən şəxs saxlanılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ