Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xiaomi Mi Mix Alpha tərzində

Xiaomi Mi Mix Alpha tərzində

Tarix: 16 Iyun 2020 07:52

Keçən il təqdim edilmiş konseptual Xiaomi Mi Mix Alpha smartfon modeli nəticə satışa çıxmadı. Lakin onun dizayn özəllikləri Mi Mix 4-də istifadə oluna bilər. Yeni məlumat sızıntısı Mi Mix 4 flaqman smartfonunun texniki özəlliklərini ortaya çıxardıb. Ortaya çıxmış məlumatlar həqiqətə uyğundursa Mi Mix 4 alıcıları yaxşı mənada təəccübləndirməyi bacaracaq. Bu barədə 4pda saytı xəbər verib.

Beləliklə xarici görünüşcə Mi Mix 4 smartfonu Mi Mix Alpha modelinə bənzəyir. Belə ki, smartfonun ön panelinin 100%-ni və kənar hissələrini əhatə edir. Nəticə olaraq Mi Mix 4 kənar çərçivələrə sahib deyil. Ənənəvi yandırıb/söndürmə və səsin tənzimlənməsi düymələri də yoxdur. Onların yerinə sensorlu düymələr reallaşdırılacaq.

Fotodan da görmək olar ki, ön kamera ekranın alt hissəsinə inteqrasiya ediləcək. Smartfonun arxa panelində böyük ölçülü sahənin daxilində yerləşdirilmiş kameralar var. Arxa kameraların dizaynı Galaxy S20 Ultra və Huawei P40 Pro smartfon modellərinin arxa kameralarının dizaynlarını xatırladır. Lakin həmin modellərdən fərqli olaraq Mi Mix 4-də arxa kamera sahəsi üfüqi şəkildə yerləşdiriləcək. Məlumata əsasən arxa kamera özəllikləri aşağıdakı kimi olacaq:

- Optik stabilizasiyaya sahib 150 MP-lik əsas kamera

- 120 dərəcə bucaq təsvirinə sahib 40 MP-lik ultragenişbucaqlı sensor

- 20 MP-lik makroobyektiv

- 20 qat optik zoom və 120 qat rəqəmsal zoom-a sahib teleobyektiv + OIS

- ToF sensor.

Əlavə materiallara əsasən Mi Mix 4 smartfonu Snapdragon 875 prosessoru, 120 Hz-lik təsvir yenilənməsinə sahib 2K keyfiyyətli ekran, 65 vatt gücündə sürətli naqilsiz şarj texnologiyası və 100 vatt gücündə sürətli naqilli şarj texnologiyası ilə təchiz olunacaq. Mi Mix 4-ün nə zaman təqdim olunacağı barəsində bir məlumat yoxdur. Lakin təqdim olunmuş bütün bu məlumatlara şübhə ilə yanaşmaqda fayda var.

Milli.Az


Etiketlər:  Xiaomi Alpha tərzində


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ