Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyun 2019 11:54
Bakı. Trend:
Hindistanın Bihar ştatında son 10 gün ərzində azı 53 uşaq meyvədən zəhərlənərək ölüb.
Trend-in məlumatına görə, uşaqlar liçi (Çin gavalısı) meyvəsindən zəhərləniblər.
Qeyd edək ki, həmin meyvədən zəhərlənənlərdə kəskin ensefalit sindromu, qanda qlükoza səviyyəsinin azalması kimi simptomlar müşahidə olunub.
Hazırda ştatın xəstəxanalarında daha 40 azyaşlı zəhərlənmədən müalicə olunur. Onların vəziyyətinin ağır olduğu deyilir.
Qeyd edək ki, Bihar ştatında 1995-ci ildən hər yay liçi meyvəsindən kütləvi zəhərlənmə qeydə alınır. 2014-cü ildə 150 nəfər bu meyvənin qurbanı olmuşdu.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin