Tarix: 16 Iyun 2020 20:46
Portuqaliya Futbol Federasiyası milli komandanın baş məşqçisi Fernandu Santuşla müqaviləni uzadıb.
Qol.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, 65 yaşlı mütəxəssisin yeni sözləşməsi 2024-cü ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, F.Santuş millini 2014-cü ildən çalışdırır. Komanda onun rəhbərliyi altında 2016-cı ildə Avropa çempionatının, 2018-2019 mövsümündə isə Millətlər Liqasının qalibi olub.