Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyun 2020 21:12
"Lider TV və Radio-Azərbaycan" Məhdud Məsuliyyətli Cəmiyyət müflis elan edilib.
Bu qərar iyunun 16-da Bakı Kommersiya Məhkəməsində hakim İlham Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qəbul edilib.
Məhkəmə Rabitə Nazirliyinin "Peyk Rabitəsi" İstehsalat Birliyinin "Lidert TV və Radio - Azərbaycan" MMC-yə qarşı iddiasını təmin edərək, teleşirkəti müflis elan edib.
Məhkəmə "Teleradio" İB-nin texniki direktoru Mikayıl Abbasovu əmlak inzibatçısı təyin edib.
Teleradio" İstehsalat Birliyi iddia ərizəsində göstərib ki, "Lider TV və Radio-Azərbaycan" MMC müqavilə öhdəliklərinə əməl edə bilmir. Ona görə də müflis elan edilməlidir. Əmlak inzibatçısının təyin olunmasına gəlincə, şirkətin mülkiyyətində olan əmlak qiymətləndiriləcək və öhdəliklərin icrasına yönəldiləcək.
Ekpertlər deyir ki, son illər şirkətin ciddi maliyyə çətinlikləri yaranıb və şirkət əməkdaşlarının maaşları ödənilməməyə başlayıb. Bundan başqa, şirkət Rabitə Nazirliyinin qurumlarına yerüstü və peyk yayımına görə ödəniş edə bilməyib və böyük məbləğdə borcu yaranıb.
"Lider" telekanalı 2000-ci ilin sentyabrından efirdədir. Lakin "Lider TV və Radio-Azərbaycan" MMC bundan öncə - 1999-cu ildə təsis olunub.