Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

WhatsApp-da daha bir yenilik gözlənilir

WhatsApp-da daha bir yenilik gözlənilir

Tarix: 16 Iyun 2020 21:16

WhatsApp messencerində yeni funksiya yaradılacaq.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb.

Bildirilir ki, yeni funksiya istifadəçilərə mesajları tarixə görə axtarmağa imkan verəcək. Hazırda messencerdə axtarış funksiya mövcuddur, lakin istifadəçilər müəyyən bir tarixdə göndərilən və ya qəbul edilən mesajı tapmaqda çətinlik çəkirlər.

Yeni funksiya işə düşdükdən sonra istifadəçilər mesajın göndərilmə və ya qəbul tarixini yazaraq istədikləri mətni tez bir zamanda tapa biləcəklər.

Qeyd edilir ki, hazırda yeni funksiya alfa-test mərhələsindədir. Yeni funksiyanın işə düşəcəyi tarix hələki məlum deyil.

Milli.Az


Etiketlər:  WhatsApp da daha bir yenilik gözlənilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ