Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyun 2020 10:08
Bakı. Trend:
Pekində yeni növ koronavirus (COViD-19) səbəbi ilə genişmiqyaslı məhdudlaşdırıcı tədbir tətbiq edilib.
Trend-in "South China Morning Post"a istinadən verdiyi məlumata görə, şəhər rəhbərliyi bütün sakinləri "zəruri olmayan səfərlərdən" imtina etməyə və evdə qalmağa çağırıb.
Bundan əlavə, Pekindəki bütün ibtidai və orta məktəblər bağlanır, şagirdlər məsafədən təhsilə keçirlər. Universitetlər fəaliyyətini dayandırıb, bütün əyləncə və idman obyektləri bağlanıb.
Pekin hakimiyyəti paytaxtdakı vəziyyəti "son dərəcədə ciddi" adlandırıb.