Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tanınmış aktyor Nadir Qafarzadədən 5 min manat TƏLƏB ETDİ - FOTO

Tanınmış aktyor Nadir Qafarzadədən 5 min manat TƏLƏB ETDİ - FOTO

Tarix: 17 Iyun 2020 14:55

Nadir Qafarzadə "5/5"də musiqisi Polad Bülbüloğlu, sözləri Fikrət Qocaya məxsus "Mavi gözlüm" mahnısını yeni aranjimanda ifa edib.

Sonxeber.net xəbər verir ki, müğənninin sözügedən mahnıya çəkdirdiyi klip də verilişdə tamaşaçılara təqdim edilib.

Nadir klip çəkilişləri ilə bağlı maraqlı bir faktı efirdə açıqlayıb:

"Klipdə Əməkdar artist Səlim Abasov, müğənni Ayan çəkilib. Klip 1-2 saata çəkilib. Klip əslində "Cəbiş müəllim"in motivləri əsasında çəkilib. Klipi "Bizim Cəbiş müəllim" filminin çəkildiyi həmin həyətdə çəkmişik. Bir aktyor var, mənim o aktyordan çox xoşum gəlir, adını çəkməyəcəm. Gəncdir, amma çox perspektivli aktyordur. Mən onu istədim bu klipdə çəkim, 5 min manat pul istədi. Hər bir şeyin qiyməti var da. 5 min manat da elə-belə deyil axı. Amma yaxşı aktyordur. Mən onun pərəstişkarıyam. Mən ona ikinci Fuad Poladov deyirəm". 

Müğənni aparıcı Zaur Kamal və digər qonaqların təkidindən sonra həmin aktyorun Hikmət Rəhimov olduğunu açıqlayıb.

Qeyd edək ki, "İmtahan" serialı ilə auditoriyası genişlənən Hikmət "Pərdə 2" filmi ilə də böyük tamaşaçı kütləsinin rəğbətini qazanıb.

Məhəmməd Vaqif


Etiketlər:  Tanınmış aktyor Nadir Qafarzadədən manat TƏLƏB ETDİ FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ