Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusun iynəli taclarının sayı artıb - İndi daha çox hüceyrərə yapışır

Koronavirusun iynəli taclarının sayı artıb - İndi daha çox hüceyrərə yapışır

Tarix: 17 Iyun 2020 15:15

ABŞ alimlərinin apardığı son tədqiqata görə koronavirusun xüsusi mutasiyası onun hüceyrələri yoluxdurma potensialını artırıb.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, bu tədqiqat epidemiyanın daha əvvəl başladığı bir çox ölkələrdə itkilərin niyə daha az olmasını izah edir.

Alimlərin sözlərinə görə, "D614G" adı verilən mutasiya koronavirusun tacı boyu yerləşən iynələrin sayını artırıb. Bu iynələr koronavirusun hüceyrələrə yapışmasına və beləliklə onları yoluxdurmasına imkan verir.

"Mutasiya səbəbindən bu iynələrin sayı və sıxlığı 4-5 dəfə artıb",- deyə araşdırmanın müəlliflərindən bir olan Hyeryun Ço bildirib.

Eyni zamanda tədqiqatçılar qeyd ediblər ki, bu mutasiyanın xəstəliyin ölüm riskini artırıb- artırmadığı hələ ki, bilinmir.


Etiketlər:  Koronavirusun iynəli taclarının sayı artıb İndi daha çox hüceyrərə yapışır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ