Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusun ən az yaşadığı yer tapıldı - ARAŞDIRMA

Koronavirusun ən az yaşadığı yer tapıldı - ARAŞDIRMA

Tarix: 17 Iyun 2020 17:51

Mutasiya olunduqdan sonra hüceyrələrə nüfuz etmə gücünü 10 dəfəyə kimi artırdığı təsbit edilən koronavirus pambıq maskalarda və əlcəklərdə plastiklərə nisbətən 170 qat daha az yaşaya bilir.

Sonxeber.net "bakupost"-a istinadən bildirir ki, ABŞ-da aparılan araşdırmada virusun 100 faizlik pambıq səhtdə ancaq 1 saat qala bildiyi üzə çıxarılıb.

Floridadakı "Scripps" Araşdırma Mərkəzinin mütəxəssiləri koronavirusla mübarizə üçün istifadə edilən plastik əlcək və maskaların virusun səhtdə yaşama gücünü nəzərə alındıqda təsirli olmadığını düşünürlər. Pambıq parça üzərinə düşən virus isə 1 saatda 99.9 faiz təbii yolla təmizlənir.

Bundan başqa elm adamları virusun fərqli səhtdə yaşama müddətini də müəyyən ediblər.

Onlar belə qənaətə gəliblər ki, virus 100 faiz pambıq səhtlərdə 1 saat, paslanmaz dəmirdə 14 gün, nitril plastik əlcəklərdə 7 gün, kimyəvi maddələrə dayanıqlı əlcəklərdə 4 gün yaşaya bilir.


Etiketlər:  Koronavirusun yaşadığı tapıldı ARAŞDIRMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ