Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyun 2020 20:05
Bu gün ad günü olan Xalq artisti Fidan Qasımova İTV-də yayımlanan "Sabahın xeyir, Azərbaycan" proqramının qonağı olub.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, opera ifaçısı bacısı Xuraman Qasımova ilə səhnədən tez getməyinin səbəbini açıqlayıb:
"Bacımla məni səhnədən vaxtsız uzaqlaşdırdılar. Özümüz getmədik".
Klassik musiqinin diqqətsiz qalmasından gileylənən Qasımova "İstəyərdim klassik musiqi geniş yayılsın, ona dəyər verilsin... Almaniyada, Amerika, İtaliyada tələbələrim var" sözlərini söyləyib.
F.Qasımova opera ifaçılarının kök olmasının səbəblərindən də bəhs edib:
"Vokal güc tələb edən sənətdir. Ona görə bir operanı oxumaq 8 saat yük daşımağa bərabərdir. Can çox yemək istəyir. Ona görə də opera ifaçıları kök olurlar".
İfaçı bacısı Xuraman Qasımovadan da söz açıb. O, "Onsuz həyatımı təsəvvür edə bilmirəm. Evə gələndə elə bil evimizə günəş doğur" deyə, söyləyib.