Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyun 2020 20:26
Bakı. Trend:
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun olaraq, Azərbaycanın milli aviadaşıyıcısı iyunun 17-də Moskvadan Bakıya daha bir çarter reysi yerinə yetirib.
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən Trend-ə bildirilib ki, həmin reyslə vətənə 152 Azərbaycan vətəndaşı qayıdıb.
Paytaxta gəldikdən sonra sərnişinlər karantinə yerləşdiriliblər.