Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 25 əməkdaşı COVİD-19-a yoluxdu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 25 əməkdaşı COVİD-19-a yoluxdu

Tarix: 18 Iyun 2020 11:44

bakı. Samir Əli - Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 25 əməkdaşı koronavirus (COVİD-19) infeksiyasına yoluxub.

Bu barədə Trend-ə nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib.

Onun sözlərinə görə, onlardan 3-ü Dövlət Məşğulluq Xidmətinin işçisi (1 nəfər 5 saylı ərazi Məşğulluq Mərkəzinin, 1 nəfər 4 saylı ərazi Məşğulluq Mərkəzinin, 1 nəfər Şəmkir rayon Məşğulluq Mərkəzinin əməkdaşıdır); 6-sı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin işçisi,16 nəfər isə Dövlət Sosial Müdafiə Fondunun işçisidir (1 nəfər Fondun Aparatının, 11 nəfər Qobustan şəhər şöbəsinin, 4 nəfər Yevlax şəhər şöbəsinin əməkdaşıdır).

Nazirlik rəsmisi qeyd edib ki, xəstələrin vəziyyəti yaxşıdır və müalicələri davam edir: "Hazırda nazirlik əməkdaşlarının virusdan qorunması üçün ciddi profilaktik tədbirlər davam edir, bu istiqamətdə maarifləndirmə və digər zəruri tədbirlər görülür. Nazirlik də hər kəsi aidiyyəti qurumların çağırışlarına ciddi əməl etməyi, virusdan qorunma üçün tətbiq edilən izolyasiya və gigiyenik tədbirləri gündəlik həyat tərzinə çevirməyə çağırır".


Etiketlər:  Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı COVİD yoluxdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ