Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyun 2020 12:00
"Yuventus"un futbolçusu Kriştiano Ronaldo karyerası ərzində ilk dəfə iki finalda ardıcıl uduzub.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu barədə "Opta" məlumat yayıb. Portuqaliyalı hücumçu son olaraq İtaliya kubokunun finalında dünən keçirilən "Napoli" ilə matçda (əsas vaxt - 0:0, penaltilər seriyası - 2:4) iştirak edib və meydanı məğlub tərk edib.
Xatırladaq ki, Ronaldo Turin təmsilçisinin tərkibində ötən ilin dekabrnda İtaliya superkuboku uğrunda oyunda "Latsio"ua uduzmuşdu (1:3).