Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda koronavirusa yoluxan tibb işçilərinin sayı artıb - Xaçmazda vəziyyət… - AÇIQLAMA

Azərbaycanda koronavirusa yoluxan tibb işçilərinin sayı artıb - Xaçmazda vəziyyət… - AÇIQLAMA

Tarix: 18 Iyun 2020 16:48

Xaçmazda daha 6 nəfər tibb işçisi koronavirusa yoluxub.

Paytaxt Bakı ilə yanaşı regionlarda da koronavirusa yoluxanların sayı artmaqdadır.

Mili.Az xəbər verir ki, Xaçmaz RMX-nın yoluxucu xəstəliklər şöbəsinin müdiri Nazir Adilov qazet.az-a açıqlamasında bildirib ki, hər gün 50-60 nəfər koronavirus testindən keçir.

"Əsasən idarə müəssisələrinin əməkdaşları gəlir. Onlardan yaxma götürürük. Virusa yoluxan tibb işçiləri də var. Ümumiyyətlə, yoluxanları Quba və Qusara göndəririk. Vəziyyət hər yerdə eynidir. Elə ev var ki, orada 2-3 nəfər yoluxub. Bəziləri evdə karantinə alınır. Əsasən yaşlılar üçün təhlükəlidir", - deyə həkim qeyd edib.

TƏBİB-in sözçüsü Rəvanə Əliyeva isə sözügedən sayta açıqlamasında ölkədə tibb işçiləri arasında virusa yoluxma hallarının qeydə alındığını vurğulayıb:

"Koronavirus xəstələrinin müalicəsi ilə məşğul olan həkimlər qorunur. Xüsusi qoruyucu vasitələri var. Həkimlərə treninqlər də keçirilib. Fərdi qoruyucu vasitələrin düzgün istifadəsi ilə bağlı məlumatlar verilib", - deyə Rəvanə Əliyeva bildirib.


Etiketlər:  Azərbaycanda koronavirusa yoluxan tibb işçilərinin sayı artıb Xaçmazda vəziyyət AÇIQLAMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ