Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyun 2020 19:42
Bir sıra xəstəxanalarda əhalinin dializi və s. kimi problemləri üzrə tibbi xidmətlərin göstərilməsi davam etdiriləcək. Vətəndaşlar əmin ola bilər ki, digər xidmətlər üzrə hər hansı axsama müşahidə olunmayacaq.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Onun sözlərinə görə, bir sıra xəstəxanaların xüsusi rejimli xəstəxanaya çevrilməsi barədə qərar qəbul edilib: "Təhlillər onu göstərir ki, regionlarda çarpayıların doluluğu 30, Bakıda 40 faiz olub. Ölkəmizin bütün regionlarında rayon xəstəxanaları var. Bu xəstəxanaların hər birinin çarpayı fondu işə salınır".