Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyun 2020 19:54
Virusa yoluxan xəstəyə orqan köçürülməsi aparılmır, xəstə sağalandan sonra orqan köçürülməsi müzakirə oluna bilər.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, Operativ Qərargahın tibbi eksperti Rəşad Mahmudov deyib.
Onun sözlərinə görə, Bəhram Bağırzadə hazırda virusa yoluxduğu üçün ona orqan köçürülməsi mümkün deyil.