Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyun 2020 23:04
Bakı. Trend:
Böyük Britaniyanın vəliəhd şahzadəsi Çarlz koronavirusdan sağaldıqdan sonra keçməyən simptom barədə şikayət edib.
Trend-in məlumatına görə, şahzadə bu günədək qoxu və dad bilmə funksiyasını bərpa edə bilməyib.
Qeyd olunur ki, şahzadə Çarlz öz sağlamlıq vəziyyətini həkimlərlə müntəzəm olaraq müzakirə edir.
Xatırladaq ki, Çarlzın martın 23-də koronavirusa yoluxduğu məlum olmuşdu. Böyük Britaniya kral ailəsindən digər şəxslərin virusa yoluxması barədə məlumat verilməyib.