Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qarabağ” Çempionlar Liqasında – Potensial rəqiblər

“Qarabağ” Çempionlar Liqasında – Potensial rəqiblər

Tarix: 19 Iyun 2020 12:06

“Qarabağ”ın Çempionlar Liqasının 2020/21 mövsümünün I təsnifat mərhələsinin püşkatması zamanı yer alacağı səbət müəyyənləşib.

Koronavirus pandemiyası üzündən Premyer Liqanın yarımçıq başa çatdırılması səbəbindən Azərbaycan çempionu elan edilən Qurban Qurbanovun komandası səpələnmiş olacaq. Buna səbəb 8 qat Azərbaycan çempionunun yüksək reytinqidir. Əyalət klubunun UEFA əmsalı 21,000-ə bərabərdir.

Qol.az apasport.az-a istinadən xəbər verir ki, I təsnifat mərhələsində 34 komanda mübarizə aparacaq. Onlardan biri ilkin raundun qalibi olacaqsa, digər 33 klub yarışa buradan başlayacaq.

Artıq bu “33-lük”dən 24-ü bəllidir. “Qarabağ” reytinqinə görə 4-cü yerdədir. Azərbaycan çempionu yalnız “Seltik”, “Astana” və “Srvena Zvezda”dan geri qalır.

4-cü yer isə artıq səpələnmiş olmağa təminat verir. Çünki hər səbətdə 17 komanda yer alacaq. Çempionu bilinməyən 9 ölkənin təmsilçisi yüksək əmsala malik olsa belə, hazırda ilk 8 pillədə olan komanda, o cümlədən “Qarabağ” güclü “17-lik”də qərarlaşacaq.

“Seltik”, “Astana”, “Srvena Zvezda”dan başqa, “Molde”, “Şerif”, “Ferensvaroş” və “Dandolk” da “Qarabağ”la eyni səbətdə yer aldığından çempionumuza rəqib olmayacaq. Əvəzində səpələnmədiyi dəqiqləşən 7 klub mümkün rəqiblərdir. Bunlar “Riqa”, “Konnah”, “Klaksvik”, “Europa”, “KuPS”, “Reykyavik” və “Floriana”dır.

Çempionlar Liqası, 2020/21 mövsümü

I təsnifat mərhələsi

Səpələnmişlər

“Seltik” (Şotlandiya) – 34,000
“Astana” (Qazaxıstan) – 29,000
“Srvena Zvezda” (Serbiya) – 22,750
“Qarabağ” (Azərbaycan) – 21,000
“Molde” (Norveç) – 14,000
“Şerif” (Moldova) – 12,750
“Ferensvaroş” (Macarıstan) – 9,000
“Dandolk” (İrlandiya) – 8,500

Qeyri-müəyyənlər

“Suduva” (Litva) – 6,750
“Omoniya” (Kipr) – 5,350
“Vardar” (Şimali Makedoniya) – 5,000
“Sarayevo” (Bosniya və Herseqovina) – 4,750
“Fola” (Lüksemburq) – 4,750
“Dinamo” (Tbilisi, Gürcüstan) – 4,750
“Yurqorden” (İsveç) – 4,550
“Flora” (Estoniya) – 4,000
“Dinamo” (Brest, Belarus) – 3,775

Səpələnməmişlər

“Riqa” (Latviya) – 3,500
“Konnah” (Uels) – 3,250
“Klaksvik” (Farer adaları) – 2,750
“Europa” (Cəbəllütariq) – 2,750
“KuPS” (Finlandiya) – 2,500
“Reykyavik” (İslandiya) – 2,500
“Floriana” (Malta) – 1,150

 


Etiketlər:  Qarabağ Çempionlar Liqasında Potensial rəqiblər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ