Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Könüllülük sərhəd tanımır (FOTO)

Könüllülük sərhəd tanımır (FOTO)

Tarix: 19 Iyun 2020 13:09

Bakı. Trend:

Azərbaycan könüllüləri tərəfindən vətəndaşların maarifləndirilməsi aksiyaları həyata keçirilməkdə davam edir.

Respublikamızda koronavirusla mübarizə çərçivəsində karantin rejiminin nisbətən yumşaldılması fonunda vətəndaşlar çox vaxt zərurət olmadan kütləvi şəkildə iri ticarət mərkəzlərinə, istirahət üçün kafe və restoranlara, parklara və mərkəzi küçələrə üz tuturlar. Könüllülər tərəfindən keçirilən aksiyaların məqsədi vətəndaşları sosial məsuliyyət nümayiş etdirməyə dəvət etmək üçün maarifləndirmə işlərinin daha da genişləndirilməsi, bu istiqamətdə görülən işlərə könüllü dəstəyi göstərərək yoluxma sayının minimuma endirilməsindən ibarətdir.

Könüllülər bəhs olunan yerlərdə, xüsusilə də qapalı məkanlarda insanlar arasında şifahi şəkildə maarifləndirmə aparır və bukletlər paylayaraq sosial məsafənin qorunması, maskadan istifadənin önəmi barədə məlumat verirlər. Onlar vətəndaşları sadə preventiv qaydalara əməl etməklə özlərinin və sevdiklərinin sağlamlığını qorumağa çağırırlar.

Maraqlıdır ki, bu dəfəki aksiyalara könüllü olaraq qoşulanlar arasında fiziki məhdudiyyətli gənclər də vardır. Onlar bu mürəkkəb dönəmdə öz vətəndaş məsuliyyətini və həmrəyliklərini digər könüllülərlə birlikdə nümayiş etdirməyi vacib hesab ediblər.

Ötən ayın ortalarında başladılmış “Bir-birimizi qoruyaq!” kampaniyası çərçivəsində respublikada minlərlə könüllü müxtəlif istiqamətlər üzrə səfərbər olaraq vətəndaşlarımızın sağlamlığı naminə fəaliyyət göstərir.

Yeni növ koronavirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərin dəstəklənməsi məqsədilə 27 mart 2020-ci il tarixində formalaşan və fəaliyyətində “ASAN Könüllüləri” Təşkilatı, “Regional İnkişaf” İctimai Birliyi, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, “Könüllü DOST” Proqramı, “Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyi, “Nəqliyyat Könüllüləri” Proqramı, “Formula 1 Azərbaycan Qran Prisi” Könüllülük Proqramı, “Miqrasiya Könüllüsü” İctimai Birliyi, “Könüllü gömrükçü” Dəstəsi, “Turizm Könüllüləri” Təşkilatı, “Ekokönüllüləri” Qrupu, “AFFA və Avro-2020” Könüllülər Proqramı, “Gənc Könüllülər” Hərəkatı və digər təşkilat və hərəkatların iştirak etdiyi Mərkəzin işinin əlaqələndirilməsi Azərbaycan Respublikası Gənclər Fondu tərəfindən həyata keçirilir.

Öz fəaliyyətində Azərbaycan Respublikası Prezidentinin “Biz birlikdə güclüyük!” şüarını rəhbər tutan AKƏM tərəfindən respublikanın demək olar ki, bütün şəhər və rayonlarında könüllülər səfərbər olunub, onların əlaqələndirilməsi və lazımi fəaliyyətlərə yönləndirilməsi həyata keçirilib. Bugünədək AKƏM-in təşkilatçılığı ilə keçirilən “Böyüklərimizi qoruyaq!”, “Könüllü qonşu”, “Könüllü donor” aksiyalarında minlərlə könüllü iştirak edib.

Könüllülük sərhəd tanımır (FOTO) - Gallery Image Könüllülük sərhəd tanımır (FOTO) - Gallery Image Könüllülük sərhəd tanımır (FOTO) - Gallery Image Könüllülük sərhəd tanımır (FOTO) - Gallery Image Könüllülük sərhəd tanımır (FOTO) - Gallery Image Könüllülük sərhəd tanımır (FOTO) - Gallery Image


Etiketlər:  Könüllülük sərhəd tanımır FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ