Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyun 2020 14:00
Milli Məclisin bu gün keçirilən iclasında "Telekommunikasiya haqqında" qanunda dəyişiklik edilməsi barədə məsələ birinci oxunuşda müzakirəyə çıxarılıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, qanuna iki yeni maddənin əlavə edilməsi təklif olunur.
Təklifə əsasən, qanuna aşağıdakı məzmunda 1.0.20-ci maddə əlavə edilir:
"1.0.20. domen adlarının milli inzibatçısı - "az" ölkə kodlu yüksək səviyyəli domen zonasında domen adlarının inzibatçılığını həyata keçirən səlahiyyətli şəxs.".
Bundan əlavə qanuna aşağıdakı məzmunda 7.10-1 -ci maddə əlavə edilir:
"7.10-1. "az" ölkə kodlu yüksək səviyyəli domen zonasında domen adlarının qeydiyyatı və onlara texniki xidmət üzrə ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla, domen adlarının milli inzibatçısı tərəfindən müəyyən edilir.".