Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyun 2020 18:02
Liverpool-un yarımmüdafiəçisi Nabi Keyta mövsüm sonu komandanı tərk edə bilər.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, rəhbərlik 25 yaşlı futbolçunun satılmasına müsbət yanaşır.
Keyta ilə Milan-ın yaxından maraqlandığı bildirilir. A Seriyası təmsilçisi mövsüm sonu oyunçu üçün danışıqlara başlayacaq. Liverpool-un məşqçilər heyətinin qvineyalı yarımmüdafiəçinin komandaya uyğunlaşa bilmədiyini düşünür.
Qeyd edək ki, Keyta cari mövsüm "qırmızılar"ın heyətində 9 oyun keçirib və bir qol vurub.