Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ronaldonun sevgilisi: “Onunla məşq etməkdən utanırdım”

Ronaldonun sevgilisi: “Onunla məşq etməkdən utanırdım”

Tarix: 19 Iyun 2020 20:20

Juventus-un ulduzu Kriştiano Ronaldonun sevgilisi Corcina Rodriges maraqlı etiraflar edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, model karantində portuqaliyalı hücumçu ilə məşq edərkən diskomfort hiss etdiyini bildirib:

"Əvvəlcə Kriştiano ilə məşq etməkdən utanırdım. Təsəvvür edin ki, onun yanında məşq etməli olursan.

Ronaldo oyunlarda olduğundan, evdə həmişə tək məşq etmişəm. Lakin bir müddət sonra bu hiss keçdi. İndi onunla məşq etməkdən zövq alıram. O, mənə motivasiya verdi, özümə güvənimi artırdı".

Məşhur model əlavə edib ki, Ronaldo peşəkar idmançıdı və bu səbəbdən, onların fiziki bacarıqlarını, məşq səviyyəsini müqayisə etmək doğru deyil.

Milli.Az


Etiketlər:  Ronaldonun sevgilisi Onunla məşq etməkdən utanırdım


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ