Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Lenovo” dünyada ilk “5G” noutbukunu təqdim edib

“Lenovo” dünyada ilk “5G” noutbukunu təqdim edib

Tarix: 20 Iyun 2020 08:16

"Lenovo" şirkəti dünyada 5-ci nəsil yüksəksürətli şəbəkələrə qoşulma imkanına malik ilk noutbukunu təqdim edib. "5G" şəbəkəsinə qoşulma "Qualcomm X55 5G" modemi vasitəsilə həyata keçirilir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "4G" (LTE) ilə yanaşı, "5G" modem leptopa 6 QHs-dək tezlik diapazonundan, həmçinin daha "sürətli" "mmWave" millimetr diapazon dalğalarından istifadəyə imkan verəcək. Bu haqda şirkətin bəyanatına istinadən "The Verge" nəşri yazıb.

Noutbuk "Snapdragon 8cx" prosessoru ilə təchiz edilib. "Qualcomm" şirkətinin ən yeni çipi avtonom işləmə vaxtını 24 saatadək uzadır.

Bundan başqa, noutbuk 1920x1080 piksel təsvir ölçülü 14 düymlük IPS matrisli sensor ekran, 8 QB əməli yaddaş, 256 QB tutumlu SSD daşıyıcı, 2 "USB-C" portu, qulaqlıqlar üçün 3,5 mm-lik konnektor və barmaq izləri skaneri ilə təchiz edilib. Aparat "Windows 10 Pro" əməliyyat sisteminin idarəetməsi altında işləyir.

Milli.Az


Etiketlər:  Lenovo dünyada ilk 5G noutbukunu təqdim edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ