Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya futbolunda rəzalət

Rusiya futbolunda rəzalət

Tarix: 20 Iyun 2020 08:50

Koronavirus pandemiyasına görə dayandırılan Rusiya Premyer Liqası dünən bərpa olunub.

Qol.az xəbər verir ki, 23-cü turun “Soçi” – “Rostov” oyunu böyük səs-küyə səbəb olub. Məsələ burasındadır ki, matça bir neçə gün qalmış “Rostov”un 6 futbolçusunda koronavirus aşkarlanıb və bütün əsas komanda karantinə yerləşdirilib. Amma oyunun təxirə salınması haqda onların istəyinə “Soçi” klubu mənfi cavab verib. Məcburiyyət qarşında qalan “Rostov”, sonradan özlərinin yaydığı açıqlamaya görə, meydana 16-19 yaşlı futbolçuları buraxmaq məcburiyyəndə qalıb.

“Soçi” isə əsasən uşaqlarla oynamasına əhəmiyyət vermədən rəqib qapısına 10 qol vurub. “Rostov” isə bu qollardan yalnız birinə cavab verib – 10:1. Maraqlıdır ki, “Rostov”un 17 yaşlı qapıçısı Denis Popov bu matçın qəhrəmanına çevrilib.  O, 10 qol buraxsa da, 15 dəfə də seyv edib və bununla da matçın ən yaxşı oyunçusu seçilib.

 


Etiketlər:  Rusiya futbolunda rəzalət


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ