Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Təhlükəsiz iş rejiminin təmin olunması ilə bağlı təlim keçirilib (FOTO)

Təhlükəsiz iş rejiminin təmin olunması ilə bağlı təlim keçirilib (FOTO)

Tarix: 20 Iyun 2020 11:04

Bakı. Trend:

Bakı Baş Gömrük İdarəsində pandemiya dövründə virusdan qorunma, təhlükəsiz iş rejiminin təmin olunması ilə bağlı təlim keçirilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Respublika Sanitariya-Karantin Müfəttişliyinin rəis müavini Yadulla Babaşov tərəfindən keçirilən təlimdə Bakı Baş Gömrük İdarəsinin rəhbərliyi və əməkdaşları iştirak ediblər.

Gömrük əməkdaşlarına virusun yayılmasının qarşısının alınması, yoluxmadan qorunmanın yolları, qoruyucu vasitələrdən istifadə qaydaları barədə məlumat verilib. Eyni zamanda, pandemiya şərtlərinə uyğun şəkildə təhlükəsiz iş rejiminin qurulması, xarici fəaliyyət iştirakçıları ilə ünsiyyət zamanı sosial məsafənin qorunması qaydaları izah olunub.

Təlim çərçivəsində metodiki vəsait və məlumatlandırıcı broşürlər paylanılıb.

Təhlükəsiz iş rejiminin təmin olunması ilə bağlı təlim keçirilib (FOTO) - Gallery Image Təhlükəsiz iş rejiminin təmin olunması ilə bağlı təlim keçirilib (FOTO) - Gallery Image


Etiketlər:  Təhlükəsiz rejiminin təmin olunması ilə bağlı təlim keçirilib FOTO


RƏYLƏR