Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sərt karantin rejimində 2 yerdə işləyən şəxslər nə etməlidir? - RƏSMİ AÇIQLAMA

Sərt karantin rejimində 2 yerdə işləyən şəxslər nə etməlidir? - RƏSMİ AÇIQLAMA

Tarix: 20 Iyun 2020 12:30

"Əgər bir nəfər 2 yerdə çalışırsa xüsusi karantin rejimində ona hər iki təşkilat icazə almalıdır".

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Operativ Qərərgahın bu gün keçirilən brifinqində deyib.

Ü.Mehdiyev bildirib ki, ola bilər ki, şəxsin 2-ci iş yeri gecə növbəsidir, amma birinci iş yerindən aldığı icazə gecə növbəsinə aid deyil: "Polis də gecə vaxtı həmin şəxsi saxlayarsa görəcək ki, icazə aldığı iş yeri gecə növbəsinə aid deyil. Bu cür problemlərin ortaya çıxmaması üçün hər iki iş yerindən icazə alınmalıdır".


Etiketlər:  Sərt karantin rejimində yerdə işləyən şəxslər etməlidir RƏSMİ AÇIQLAMA


RƏYLƏR