Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyun 2020 21:09
Ermənistanın baş naziri Nikol Paşınyanın Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının videokonfransında qeyri-adekvat olması bir daha özünü göstərdi.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin deputatı Arzu Nağıyev CBC tekanalına açıqlamasında bildirib.
Millət vəkili Arzu Nağıyev qeyd edir ki, bu toplantıda Paşinyanın qeyri-adekvat olması bir daha özünü göstərdi:
"Bu gün məlumdur ki, Ermənistanda elə bir proseslər baş verir ki, nə qədər özlərini leqitim və adekvat siyasətçi kimi qələmə vərməyə çalışsalar da, artıq tək Ermənistanın öz vətəndaşları deyil, bütün dünya bunu dərk etməyə başlayıb. Düşünürəm ki, keçirilən Sammit də və cənab Prezidentin çıxışı bu istiqamətdə çox mühüm əhəmiyyət kəsb etdi".