Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyun 2020 23:21
Azərbaycan torpaqlarının iyirmi faizi Ermənistan tərəfindən işğal olunub. Qarabağ problemi və işğal faktının aradan qaldırılması Azərbaycanın ərazi bütövlüyü və sərhəd toxunulmazlığı çərçivəsində həllini tapmalıdır.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu fikirləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Antalyada keçirdiyi mətbuat konfransında deyib.
Beynəlxalq təşkilatların Dağlıq Qarabağ problemi ilə bağlı qərarlarını xatırladan nazir bildirib ki, ATƏT-in Minsk Qrupu münaqişənin həlli istiqamətində qətiyyət göstərməyib: "Azərbaycan konstruktiv mövqe göstərsə belə, Ermənistan buna anlaşıqlı yanaşmadı. Qarabağda saxta seçkilər keçirdilər. Beynəlxalq ictimaiyyət bu seçkiləri tanımadı. Ermənistanın bu cür təxribatlara son qoyması, münaqişənin sülh yolu ilə həllinə səy göstərməsi lazımdır. Biz bütün məsələlərdə olduğu kimi, Azərbaycanın işğal altındakı torpaqları və Qarabağ məsələsində də qardaş Azərbaycanın yanındayıq. Bundan sonra da yanında olacağıq".
Qeyd edək ki, Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy yeni növ koronavirus (COVID-19) pandemiyası ilə bağlı Türkiyədə həyata keçirilən normallaşma prosesi ilə bağlı turizm sektorunun canlandırılması məqsədilə "Yenidən kəşf et" təqdimatı çərçivəsində mətbuat konfransı keçiriblər.