Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyun 2020 20:30
Orqanizm üçün çox müalicəvi məhsullardan biri də doşabdır.
Sonxeber.net xəbər verir ki, tut doşabı ən xeyirli doşab sayılır. Öskürək zamanı çox yaxşı kömək edir - bəlğəmi duruldur və bədəndən çıxmasını asanlaşdırır. Öskürəklə mübarizə etmək üçün 1 xörək qaşığı doşab (uşaqlar üçün 1 çay qaşığı) 1 stəkan ilıq suda həll edib xəstəyə vermək lazımdır.
Doşab güclü iltihab əleyhinə təsirə malikdir. Bu səbəbdən soyuqdəymə xəstəlikləri zamanı doşab güclü effekt edir. Xəstənin ümumi vəziyyətini yaxşılaşdırır, tərləməni artırır, hərarəti salır. (publika.az)