Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyun 2020 20:56
Bakı. Trend:
Türkiyə İraqın şimalına "Pəncə-Pələng" antiterror əməliyyatı çərçivəsində əlavə qüvvələr göndərib.
Trend-in məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində bildirilir.
Məlumatda deyilir: "Bizim qəhrəman xüsusi təyinatlılarımız "Pəncə-Pələng" antiterror əməliyyatına qoşulmaq üçün sərhədi keçiblər".
Göndərilən xüsusi təyinatlıların sayı barədə məlumat verilmir.
Qeyd edək ki, "Pəncə-Pələng" əməliyyatı Türkiyənin təhlükəsizliyini təhdid edən PKK və digər terror qruplaşmalarının üzvlərinin neytrallaşdırılması məqsədi ilə keçirilir.
Xatırladaq ki, daha əvvəl Türkiyə İraqın şimalında "Pəncə-Qartal" əməliyyatı keçirib, əməliyyat zamanı PKK terrorq ruplaşmasının 81 obyekti məhv edilib.