Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyun 2020 23:32
Bakı. Trend:
Türkiyədə yeni koronavirusun yayılması ilə əlaqədar 22 İyundan etibarən maska taxmayan vətəndaşlar cərimələnəcək.
Trend-in məlumatına görə, maskaların taxılması ölkənin bütün vilayətlərində məcburi olacaq.
Belə ki, 48 vilayətdə maskalar taxmaq bütün yerlərdə, 33 vilayətdə isə ticarət mərkəzlərində, mağazalarda, restoranlarda, kafelərdə və izdihamın müşahidə olunduğu digər yerlərdə məcburidir.
Cərimənin 900 türk lirəsi (təxminən 130 ABŞ dolları) olacağı qeyd olunur.