Tarix: 22 Iyun 2020 17:38
“Everton”un baş məşqçisi Karlo Ançelotti vergidən yayınmaqda ittiham olunur.
Qol.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.
İspaniya hüquq-mühafizə orqanları italiyalı mütəxəssisin “Real”ı çalışdırarkən – 2014-2015-ci illərdə 1 milyon avro vergidən yayındığını iddia edir. Ançelottinin imic hüquqlarından əldə olunan gəlirlərini gizlətdiyi bildirilib.
Qeyd edək ki, 2019-cu ilin dekabrından “Everton”u çalışdıran 61 yaşlı mütəxəssis, bundan əvvəl “Napoli”, “Bavariya”, “Real”, PSJ, “Çelsi” kimi klublarda da baş məşqçi olub.