Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

WhatsApp-da Son görülmə funksiyası ləğv edilib?

WhatsApp-da Son görülmə funksiyası ləğv edilib?

Tarix: 23 Iyun 2020 08:48

Dünyanın ən məşhur mesajlaşma tətbiqlərindən olan WhatsApp-da gözlənilməz dəyişiklik edilib.

Milli.Az ted.az-a istinadən bildirir ki, tətbiqdə "Son görülmə" funksiyası deaktiv olunub.  

Sosial media istifadəçiləri də bu problemlə qarşı-qarşıya olduqlarını yazıblar.

Feysbuk məsələ ilə bağlı hələlik susqunluğunu qoruyur. Ona görə sözügedən xüsusiyyətin ləğv olunduğu, yaxud hansısa problemdən dolayı bununla qarşılaşdığımız bilinmir.

İstifadəçilərin əksəriyyəti bu problemlə qarşılaşıblar, bir qismi isə bağlantıda çətinlik yaşayırlar. Problemi aradan qaldrımaq istəyənlər "Gizlilik" bölməsindən istifadə edə bilmədiklərini qeyd edirlər. Onlayn olmaqla da bağlı problemlər yaşandığı bildirilir.

Milli.Az


Etiketlər:  WhatsApp da Son görülmə funksiyası ləğv edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ