Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Google Chrome tarixində ən böyük kiberhücuma məruz qalıb

Google Chrome tarixində ən böyük kiberhücuma məruz qalıb

Tarix: 23 Iyun 2020 21:48

Google Chrome brauzerində casus proqram təminatı tərəfindən 32 milyon nüsxə yüklənməsi qeydə alınıb.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu zərərli kampaniya Google brauzerə qarşı törədilən kiberhücumlar tarixində ən böyüyüdür.

İstifadəçiləri izləyən proqramlar onlayn tərcüməçilər, təhlükəsizlik proqramları və digər pulsuz xidmətlərin adı ilə fəaliyyət göstərib.

Dələduzluqla məşğul olan bu xidmətlər istifadəçilərin sayt ziyarət tarixlərini və digər şəxsi məlumatları gizli şəkildə kopyalayıb.

Məlum olub ki, bu saxta şəbəkə çərçivəsində İsrailin "Galcomm" qeydiyyatçısının 15 minə yaxın domeni fəaliyyət göstərib.

Şirkət rəhbərliyi bildirib ki, bu hadisələr "Galcomm" siyasətinə ziddir və qurum edilən kiberhücumdan bixəbərdir.


Etiketlər:  Google Chrome tarixində böyük kiberhücuma məruz qalıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ