Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyun 2020 11:04
Qobustanda yeni təmir olunmuş yol çöküb.
Sonxeber.net Baku TV-ə istinadən xəbər verir ki, hadisə Bədəlli-Poladlı avtomobil yolunda qeydə alınıb.
Çökməyə yolun yerləşdiyi ərazidə baş verən torpaq sürüşməsi səbəb olub.
Sürüşmə nəticəsində yolun altı metrlik hissəsi dağılıb. Yeni çəkilmiş yolun asfalt örtüyü çöküb, bəzi nöqtələrdə iri çatlar yaranıb.