Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyun 2020 08:24
Bakı. Trend:
Fransa prezidenti Emmanuel Makron iyunun 26-sı rusiyalı həmkarı Vladimir Putinlə videokonfrans formatında danışıqlar aparmağı planlaşdırır.
Trend-in "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə Yelisey Sarayından məlumat veriblər.
Məlumatda bildirilir: "Videokonfrans formatında danışıqlar cümə günü, günortadan sonra planlaşdırılır. Böhranların həllində, xüsusən də Ukraynada irəliləyişi təmin etmək lazımdır".
Qeyd edilir ki, E.Makron V.Putinlə həmçinin strateji balansın təmin edilməsi, Liviya, İran və koronavirusun yayılması məsələlərini müzakirə etmək niyyətindədir: "BMT Təhlükəsizlik Şurasının gündəmində olan əsas böhranların müzakirəsi planlaşdırılır. Fransa prezidenti hesab edir ki, Rusiya ilə bir sıra mürəkkəb problemləri nəzərdən keçirmək vacibdir".
Bildirilri ki, tərəflər əməkdaşlıq, Avropada sabitliyin möhkəmləndirilməsi, beynəlxalq böhranların həlli və kiber təhlükəsizliyin təmin edilməsi ilə bağlı məsələləri müzakirə etməlidirlər.