Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyun 2019 16:52
Azərbaycan millisinin Avro-2020-nin seçmə mərhələsindəki ilk 3 oyunundan sonra yığmanın ən yaxşıları açıqlanıb.
UEFA-nın saytında dərc olunan statistikaya görə, komandanın ən yaxşısı Riçard Almeyda olub. O, 425 xalla ümumi sıralamanın 186-cı pilləsində qərarlaşıb. Millinin seçmə mərhələdəki 3 qolundan ikisinin müəllifi olan Ramil Şeydayevion 422 xalı var və o, komandada 2-ci, ümumi cədvəldə 188-ci yeri tutur. İlk "3-lüy"ü Bədavi Hüseynov qapayır. Təcrübəli müdafiəçi 350 xalla 276-cı yerdədir.
ilk "5-liy"in növbəti yerləri də "Qarabağ"lılara məxsusdur. Yarımmüdafiəçi Qara Qarayev 4-cü, Macarıstanla görüşdə yeganə qolumuzun müəllifi olan Mahir Əmrəli isə 5-ci olub.
Maraqlıdır ki, millinin son oyunlardakı uğursuz nəticələrinə görə ən çox Riçard Almeyda, Bədavi Hüseynov və Qara Qarayev tənqid olunub. Ancaq UEFA-nın hesablamalara görə onlar bu matçlarda yüksək performans göstəriblər.