Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bir müddət özümüzü yaxınlarımızdan da təcrid etməliyik - Yaqut Qarayeva

Bir müddət özümüzü yaxınlarımızdan da təcrid etməliyik - Yaqut Qarayeva

Tarix: 25 Iyun 2020 17:54

Bakı. Samir Əli - Trend:

Fevralın sonundan biz xaricdən ölkəyə virusun gəlməsinin qarşısını aldıq.

Trend-in məlumatına görə, bunu bu gün Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB)şöbə müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, bunun üçün sərhədlərimiz nəzarətə götürüldü: "Amma virus ölkəyə daxil olandan sonra başladı yayılmağa. Burda görüləcək tədbirlər cəmiyyətdən asılıdır. Avropa ölkələrində bu xəstəkik yayılanda biz bunun qarşısını sərhədləri nəzarətə götürməklə ala bildik. Amma ölkədə vətəndaşlar qaydalara riayət etmədiyi üçün xəstəlik yayıldı.

Bu virusun yaşaması üçün insana ehtiyacı var. Yəni virus insandan insana yayılır. Biz bir müddət özümüzü hətta yaxınlarımızdan təcrid etməliyik".


Etiketlər:  Bir müddət özümüzü yaxınlarımızdan da təcrid etməliyik Yaqut Qarayeva


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ